Özünü `polkovnik` kimi təqdim edən dələduz danışdı - VİDEO
19:08 16 Dekabr 2017
Xətai Rayon Polis İdarəsinə müraciət edən paytaxt sakini Tofiq Qasımov avqustun 6-da özünü hüquq-mühafizə orqanlarının polkovnik rütbəli zabiti kimi təqdim edən, əvvəldən tanıdığı Rizvan adlı şəxs tərəfindən aldadıldığını bildirib.
Femida.az ARB TV-yə xəbər verir ki, şikayətçi dələduzun ondan oğlunu universitetlərdən birinin hüquq fakültəsinə düzəldəcəyi adı ilə 11000 manat aldığını iddia edib.
Polis həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən şəxsi saxlayıb.
Rizvan Cəfərov - saxlanılan şəxs: "Tofiq Qasımov xahiş etdi ki, oğlunu Hüquq fakültəsinə düzəldim. 11 min aldım ki, düzəldim. Formanı da geyinmişdim ki, ədliyyə işçisi kimi məni tanısın. Ədliyyə işçisi deyiləm".
Qeyd edilən faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Polis əməkdaşları Rizvan Cəfərovun analoji cinayətlərdə iştirakını istisna etmirlər. Onun dələduzluq və ya digər qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102" xidməti-zəng mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə məlumat verə bilərlər.
Femida.az
Oxunub: 1299
Oxşar xəbərlər
- Özünü dənizə atan gəncin meyiti sudan çıxarıldı
- Özünü qatarın altına atıb öldürən gəncin FOTOLARI + VİDEO
- Özünü Kür çayına atdı
- Özünü tövlədə asdı
- Özünü yandıran meyxanaçıyla bağlı ilginc faktlar - YENİLƏNİB
- Özünü bıçaqladı
- Özünü yandıran Ağdam sakini polisi şantaj edibmiş...
- Özünü quyuya ataraq intihar edib
- Özünü su quyusuna atdı - Şamaxıda intihar
- Özünü 12 metrlik su quyusuna atdı - Şamaxıda intihara cəhd